Britaniya Əfqanıstanla bağlı həll yolları hazırlamaq üçün BMT TŞ ilə danışıqlar aparır

Böyük Britaniya Əfqanıstanda vəziyyətin həlli məqsədilə parametrləri razılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə danışıqlar aparır.

AzerTimes-ın məlumatına görə, bu barədə Birləşmiş Krallığın Xarici İşlər naziri Dominik Raab “The Daily Telegraph” qəzetində yazıb.

Nazir bildirib: “İrəliliyəş ilə bağlı bəzi parametrləri razılaşdırmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) təzyiq göstəririk. Hindistan və Pakistan kimi vacib regional tərəfdaşlarla birlikdə işləyirik”.