İspaniyada COVID-19-a yoluxanların sayı 6 milyonu keçib

İspaniyanın Səhiyyə Nazirliyi son 24 saat ərzində ölkədə 99 671 koronavirusa yoluxma halı qeydə alındığını açıqlayıb.

Trend xəbər verir ki, bununla da pandemiyanın başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 032 297-ə çatıb.

Bundan əlavə, son sutka ərzindı 114 nəfər koronavirusun qurbanı olub. Beləliklə, ölkədə bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı 89 253 nəfərə çatıb.


İspaniyanın baş naziri Pedro Sançes çərşənbə axşamı bildirib ki, 60 yaşdan yuxarı vətəndaşların 80 faizi peyvəndin üçüncü dozasını alıb.