Bayden yanvarda Putinlə şəxsi görüşün mümkünlüyünü istisna etməyib

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yanvarda Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün mümkünlüyünü istisna etməyib.

Trend xəbər verir ki, Delaver ştatından olan jurnalistlər dövlət başçısına yanvarda rusiyalı həmkarı ilə şəxsən görüşüb-görüşməyəcəyini soruşublar.

“Baxarıq”, – deyə Bayden bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu ilin sonuna qədər iki ölkə liderlərinin görüşünün mümkünlüyünü açıqlamışdı. Eyni zamanda o qeyd etmişdir ki, bu məsələ ilə bağlı hələlik dəqiq razılıq yoxdur.

Teqlər: