İspaniya La Liqası: “Atletiko” “Levante” ilə heç-heçə oynadı

İspaniya Futbol çempionatının ikinci turunun təxirə salınmış oyununda Madridin “Atletiko”su səfərdə “Levante” ilə heç-heçə oynayıb.

Trend xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Qolları 17-ci dəqiqədə Enis Bardi (Levante) və Markos Lyorente (37) (Atletiko) vurublar.


“Atletiko” 22 oyunda 55 xalla turnir cədvəlinə başçılıq edir, “Levante” aktivində 28 xalla 11-ci sıradadır.

Növbəti liqa matçında “Atletiko” 20 fevralda bir daha “Levante” ilə oynayacaq, görüş Madriddə keçiriləcək.

Teqlər: