Çempionlar Liqası: “Borussiya” “Sevilya”nı, “Porto” Yuventus”u məğlub etdi

Alman futbol klubu “Borusiya” (Dortmund) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın “Sevilya” komandasını 3:2 hesabı ilə məğlub etdi.

Qaliblər arasında qollarla Mahmud Daud (19-cu dəqiqə) və Erlinq Holland (27, 43) fərqləndilər. “Sevilya”dan isə qolları Suso (7) və Lyuk de Yonq (84) vurublar.

Cavab görüşü 9 martda Dortmundda keçiriləcək.

Portuqaliyanın “Porto” futbol klubu Çempionlar Liqasının eyni mərhələsində İtaliyanın “Yuventus” komandasına 2-1 hesabı ilə qalib gəldi.

“Portu”dan qolları Mehdi Taremi (2-ci dəqiqə) və Mussa Mareqa (46), digər tərəfdən isə Federiko Kyeza (82) vurublar.

Cavab görüşü 9 mart tarixində Turində keçiriləcək.

Teqlər: