İsmayıllıda keçmiş məhkum heroinlə tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat zamanı gülcü təsiredici narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil
olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində
narkotik vasitə daşıyan, əvvəllər də eyni əməlinə görə məhkum
edilmiş rayon sakini Elbrus Abdulov saxlanılıb. Şəxsi axtarış
zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: