İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması ötən gün Əfqanıstanın Qəndahar əyalətində şiə məscidində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “İntefaks” Qərb KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, terror aktına görə məsuliyyəti öz üzərinə İŞİD-in Əfqanıstan və Pakistanda fəaliyyət göstərən qolu götürüb.

Qeyd edək ki, ötən gün terrorçu-intiharçılar tərəfindən məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər həlak olub.