Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 44 932 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 361 561 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 145 nəfər, hazırkı dövrədək isə 138 379 nəfər vəfat edib.