İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb

Xəbər - Samir Əli – Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi təşkilat barədə yayılan
qərəzli məlumata münasibət bildirib.

Qurumun sədri Tural Hüseynov AzerTimes-a bildirib ki, bir qrup şəxs yeni qurum
yaradaraq təşkilatın adından yararlanmağa cəhd edir.

“Bildirmək istyirəm ki, rəhbərlik etdiyim qeyri hökumət tşkilatı
2005-ci ildə yaradılıb və dövlət qeydiyyatına alınıb. Təşkilatın
yaradıcısı və ilk sədri mərhum hüquq müdafiəçisi Elçin Behbudov
olub və həmin vaxtdan da fəaliyyətini davam etdirib. Elçin Behbudov
fəaliyyəti dövründə işgəncələr faktını daim araşdırıb, hesabat
hazırlayıb, aidiyyəti qurumlarla yanaşı, ictimaiyyətə də
açıqlayıb.


2015 ci ildə Elçin Behbudov qəfildən vəfat edib. E.Behbudovun
vəfatından sonra 3 il təşkilatın fəaliyyəti qismən zəiflədi.
2018-ci ildə təşkilat komitəsinin ümumi yığıncağının qərarı ilə
Komitəyə yeni idarə heyətinin sədri seçildi və dövlət reyistrindən
çıxarış alınıb. Fəaliyyətimiz dövründə Daxili İşlər Nazirliyi,
Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Miqrasiya Xidməti, Müdafiə
Nazirliyi və digər qurumlarda qeyri-insani rəftarla bağlı daimi
başçəkmələr keçirmiş və nəticə barədə ictimaiyyətə məlumat
vermişik. İndi yeni yaranan bir qurum “İşgəncələr Əleyhinə
Mərkəz”adı ilə qeydiyyatdan keçərək İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin adından istifadə edib guya həmin qurumun bazasında
yarandığını iddia edərək cəmiyyəti çaşdırmağa cəhd edir.

Bildirmək istəyirik ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi
fəaliyyətini dayandırmayıb və təşkilat fəaliyyətini 24 saat davam
etdirir. Təşkilatımızın “qaynar xətt” xidməti daim ictimaiyyətə
açıqdır”, – deyə Tural Hüseynov bildirib.

Teqlər: