Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) səfər edib.

Trend-in
məlumatına görə, ölkə prezidentini geniş tərkibdə nümayəndə heyəti
müşayiət edir.

BƏƏ-yə, həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili
işlər naziri Süleyman Soylu, maliyyə, sənaye və texnologiya,
ticarət, nəqliyyat və infrastruktur nazirləri və digər rəsmi
şəxslər səfər edib.


Qeyd olunur ki, səfər çərçivəsində iki ölkə arasında 12
müqavilənin imzalanması planlaşdırılır.