İşğaldan azad edilmiş ərazilərə verilən suyun keyfiyyəti tam standartlara cavab verir

İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən şəxslərə verilən
suyun keyfiyyəti tam standartlara cavab verir.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin
Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya
şöbəsinin rəisi Cəmil Babayev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə işçi
qrupları fəaliyyət göstərir.

“Azad edilən torpaqlarımızda məskunlaşan işçi qruplarımız
hərbçiləri və orda mülki işlərdə çalışan vətəndaşlarımızı tam
standartlara uyğun su ilə təmin edirlər. Bunun üçün əlavə
dezinfeksiyaedici vasitələr tətbiq olunur. Əgər suda çirklənmələr
varsa, həmin mənbələrdən su nümunələri götürülür və müayinələr
aparılır. Müayinələrin nəticəsindən asılı olaraq keyfiyyətdə ciddi
dəyişiklik olarsa, alternativ axtarılır və mənbə dəyişdirilir. Bu
günə qədər hər hansı problem yaşanmayıb. Azad olunan
torpaqlarımızda su mövcud anbarlara toplanır və zərərsizləşdirilir.
İşçilərimiz işğaldan azad olunan torpaqlarımızda öz fəaliyyətlərini
layiqincə yerinə yetirirlər”, – deyə o bildirib.

Teqlər: