Ötən gün törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyi (DİN) mayın 17-də qeydə alınmış cinayət
və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, respublikanın daxili
işlər orqanları ötən gün ərzində törədilmiş 48 cinayətin üstünü
“isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin
olunub.

Axtarışda olduğuna görə ümumilikdə 92 nəfər, o cümlədən borclu
şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat
hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Teqlər: