İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən
Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycan karateçisi İrina
Zaretska qızıl medal qazanıb.

Trend xəbər
verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız
finalda İtaliya təmsilçisi Silvia Semeraronu məğlub edərək yarışın
qalibi olub.

Komandamızın digər üzvləri Tural Ağalarzadə (67 kq) gümüş,
Turqut Həsənov (84 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda ümumilikdə 9 idmançı
ilə təmsil olunub.

Teqlər: