İrəvanda Paşinyan əleyhinə mitinq keçirildi

İrəvanda Paşinyan əleyhinə mitinq keçirildi

İrəvanda erməni müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirib.

AzerTimes xəbər verir ki, mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan bəyan edib ki, onlar parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədirlər, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır.

Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Paşinyanın getməsinə nail olmaq üçün 50% + 1 səs (54 səs) lazımdır.

Müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Bu, 48 saatdan 72 saata qədər çəkəcək.

Teqlər: