Bakıda elektrik dirəyi aşdı, yanğın oldu – Foto

Bakıda elektrik dirəyi aşdı, yanğın oldu – Foto

Paytaxtın Binəqədi rayonunda yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin aşması nəticəsində yanğın hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə qəsəbənin Birinci Mədən adlanan ərazisində qeydə alınıb.

Ətrafda yaşayış evlərinin olduğu boş otluq sahə alışıb. Bir müddət əraziyə giriş-çıxış mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Teqlər: