İrəvan xüsusi səfirini təkzib etdi: ABŞ-da görüş…

İrəvan xüsusi səfirini təkzib etdi: ABŞ-da görüş…

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı razılıq yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Görüş təyin olunarsa, sizə xəbər verəcəyik”, – o bildirib.

Qeyd edək ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan yanvarda ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş olacağını bildirmişdi.

Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə isə xarici işlər nazirlərinin görüşünün yeri və tarixi ilə bağlı razılıq olmadığını açıqlamışdı.

Teqlər: