Məşhurların “Yeni il qiymətləri” yalan çıxdı – Açıqlama

Məşhurların “Yeni il qiymətləri” yalan çıxdı – Açıqlama

Azərbaycanlı məşhurların Yeni il gecəsində 30 dəqiqəlik çıxış üçün açıqlanan qiymət siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AzerTimes xəbər verir ki, sözügedən siyahıda qiymətlər minimum 7 min, maksimum isə 50 min manatdır.

Müğənni Röya Ayxanın köməkçisi Elvin Elxan bildirib ki, Röya Ayxan ümumiyyətlə yarım saatlıq çıxış etmir:

“Bir neçə ildir, Röya xanım 31 dekabr tarixində səhnəyə çıxmır. Qısası, bu informasiya yanlışdır”.

Siyahıda adı olan məşhur müğənni Murad Arif isə bildirib ki, hər ay müxtəlif saytlarda müxtəlif qiymətlərlə rastlaşır:

“Bu qiymətlərin hamısını şərh etməyə ehtiyac yoxdur. Məclisin Bakı, rayon və ya xarici ölkədə keçirilməsi, gün olaraq həftə içi, həftə sonu olması, saat və məkanı qiymətlərə təsir edir. Bu şeylər stabil olmadığı üçün burda heç kim mütləq bir məbləğin üzərində dayanıb, durmur”.

Müğənni Faiq Ağayevin köməkçisi Azər Musayev bildirib ki, gördüklərinizə və eşitdiklərinizə inanmayın.

Qeyd edək ki, sözügedən siyahıda qiymətlər belədir:

– Röya Ayxan – 50 min manat;

– Aygün Kazımova – 50 min manat;

– Eyyub Yaqubov – 20 min manat;

– Zülfiyyə Xanbabayeva 15 min manat;

– Faiq Ağayev 15 min manat;

– Abbas Bağırov 15 min manat;

– Natavan Həbibi 10 min manat;

– Çingiz Mustafayev 10 min manat;

– Günay İbrahimli 10 min manat;

– Murad Arif 10 min manat;

– Samirə Əfəndi 10 min manat;

– Miri Yusif 10 min manat;

– Samir Bağırov 7 min manat tutulub.

Teqlər: