İranın Azərbaycan və Ermənistana ixracı artdı

İranın Azərbaycan və Ermənistana ixracı artdı

Son 8 ayda İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsinin həcmi 11,4% artaraq 38,62 milyard dollar təşkil edib.

AzerTimes xəbər verir ki, bunu İran Gömrük İdarəsinin rəisi Məhəmməd Rezvanifər İRNA agentliyinə deyib.

Bildirilib, bu ilin 8 ayı ərzində İran qonşu ölkələrə 18,3 milyard dollardan artıq məhsul ixrac edib, qonşu ölkələrdən idxalın həcmi isə 20,24 milyard dollar təşkil edib.

Belə ki, İranın 15 qonşu ölkəyə, o cümlədən BƏƏ, Əfqanıstan, Azərbaycan, Ermənistan, Bəhreyn, İraq, Küyevt, Qazaxıstan, Oman, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanına ixracı çəki ifadəsində 20,75 faiz, dəyər ifadəsində isə 8,76 faiz artıb.

Teqlər: