İrəvan bu fürsəti əldən verdi: Təklif qüvvədədir – Zaxarova

İrəvan bu fürsəti əldən verdi: Təklif qüvvədədir – Zaxarova

Moskva İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur:

“Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır”.

M.Zaxarova söyləyib ki, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir:

“İrəvan təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.

Teqlər: