Abdullahian Moskvaya gedir

Abdullahian Moskvaya gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla yanvarın 17-də Moskvada görüşəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Tərəflər arasında bir sıra aktual beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsinin olacağı gözlənilir. Həmçinin, İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafındakı vəziyyət və iki ölkə arasında beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, BMT, ŞƏT, Suriya, Əfqanıstan, Transqafqaz və Xəzərdəki vəziyyət də müzakirə mövzuları arasındadır”, – o bildirib.

Teqlər: