İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Əhməd əs-Sahhaf xəbər verib.
“Bəzi xəbər agentlikləri artıq nazirin koronavirusa yoluxması səbəbilə Ərəb Liqası xarici işlər nazirlərinin Küveytdəki iclasına qatılmadığını bildiriblər. Sizi əmin edə bilərik ki, onun vəziyyəti yaxşıdır, sağalır və tezliklə vəzifəsinin icrasına davam edəcək”, – deyə rəsmi nümayəndə bildirib.