Bakıda 31 yaşlı kişini qətlə yetirən həyat yoldaşı saxlanıldı

Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb
Suraxanı rayon prokurorluğundan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, zəruri istintaq hərəkətləri və məhkəmə tibb ekspertizası həyata keçirilib.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Hadızadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Hadızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.


Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

Teqlər: