ABŞ KXDR ilə danışıqlara hazırdır – Pentaqon

ABŞ KXDR ilə ilkin şərtlər olmadan diplomatik danışıqlar aparmağa hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Con Kirbi “Fox News” telekanalının efirində deyib.

“Biz diplomatik danışıqlara sadiq qalırıq. Biz Pxenyana ilkin şərtlər olmadan masa arxasında oturmağa və dialoqa hazır olduğumuzu söylədik.

Aydındır ki, Şimali Koreya lideri Kim Çen In başqa yolla getmək istəyir, ona görə də biz əmin olmalıyıq ki, həm Koreya yarımadasında, həm də regionda hərbi cəhətdən hazırıq”, – deyə mətbuat katibi bildirib.