İraqda xüsusi əməliyyat zamanı Türkiyə ordusunun hərbçisi həlak olub

Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı
zonasında terrorçular tərəfindən öncədən quraşdırılmış əldəqayırma
partlayıcı qurğu partlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun 1
hərbçisi həlak olub, 3 hərbçi isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alan hərbçilər dərhal xəstəxanaya
yerləşdirilib.