“Superbet Chess Classic”: Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour”
seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat
turnirinin səkkizinci turunun oyunları keçirilib.

Trend xəbər
verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar
Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Leyner Domingeslə
qarşılaşıb. Ağ fiqurlarla oynaşan qrossmeysterimiz rəqibinə məğlub
olub.

Qeyd edək ki, dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək
davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ
dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet
Chess Classic” turnirinin qalibi olub.

Teqlər: