İraqda qum qasırğasına görə üç hava limanı bağlanıb

İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç
beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

Trend-in
məlumatına görə, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə
şəhərlərində aeroportlar bağlanıb.

Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan
zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü
elan edilib. Tədris müəssisələri bağlanıb.

İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi
tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan
istifadə etməyi tövsiyə edib.