İraqda koronavirusa yoluxanların sayı 2 milyonu ötüb

İraqda ötən sutka koronavirusa 2 254 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, İraqda koronavirusa yoluxanların sayı 2 000 869 nəfərə çatıb.


Bildirilir ki, son sutka ölkədə koronavirusa 34 nəfər ölüb, 3 389 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 22 221 nəfər, sağalanların sayı isə 1 907 411 nəfər təşkil edir.