BMT TŞ KXDR-nın raket sınaqları ilə əlaqədar iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Koreya Xalq Demokratik Respublikasının (KXDR) son raket sınaqlarını müzakirə ediləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə BMT-nin Mənzil Qərargahının axşam cədvəlində deyilir.

Məlumata əsasən, müzakirələr qapalı xarakter daşıyacaq. Sentyabrın 30-u üçün olan cədvəlinə nüvə silahının yayılmaması və KXDR mövzusu daxildir.

Xatırladaq ki, sentyabrın 28-i KXDR ilk dəfə “Hvason-8” hipersəsli raketini sınaqdan keçirib.