İraqda dörd türkiyəli hərbçi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyatı bölgəsində dörd türk hərbçi
həlak olub.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi
bildirib.

Bundan başqa, daha 3 hərbçinin yaralandığı deyilir.

Türkiyə ordusu bölgədə antiterror əməliyyatlarını davam
etdirir.