Türkiyənin İraqın şimalında davam etdirdiyi “Pəncə Kilid”
antiterror əməliyyatı çərçivəsində baş vermiş pusqu nəticəsində 3
türk hərbçi həlak olub.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.
Qeyd olunur ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub,
4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi
daha sonra dünyasını dəyişib.
Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının
davam etdiyini bildirib.