ÜST-ün Avropa üzrə regional direktoru ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıb (FOTO)

Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının
Avropa üzrə regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi
nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur
Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli
lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil
qoyub.

Səhiyyə Nazirliyindən AzerTimes-a bildirilib ki, görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib,
məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının
xatirəsinə ehtiramlarını bildirib. Qonaqlar «Əbədi məşəl»
kompleksinin önünə əklil qoyublar.

Teqlər: