Rusiya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

2022-ci ilin birinci rübündə Rusiya ilə Azərbaycan arasında
ticarət dövriyyəsi 631 milyon dollar təşkil edib ki, bu da 2021-ci
ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu baş nazirin
müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında
deyib.

Onun sözlərinə görə, Rusiya ümumilikdə Azərbaycanın üçüncü,
qeyri-neft ixracında birinci ticarət tərəfdaşıdır.

“2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 12 faizdən
çox artaraq 3 milyard dollara çatıb. Ümid edirik ki, müsbət
dinamika bu il də davam edəcək. Qarşılıqlı investisiyalar da
dinamik şəkildə artır. Rusiya Azərbaycana 6.3 milyard dollar,
Azərbaycan Rusiyaya 1,2 milyard vəsait qoyub. Həmçinin, yerli
bazarda Rusiya biznesi geniş təmsil olunub və hazırda Rusiya
kapitalı ilə 1,13 minə yaxın müəssisə fəaliyyət göstərir”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: