İraq və Suriyanın şimalında 2 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqda bir PKK, Suriyada isə bir YPG
terrorçusunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
məlumat yayıb.

Qeyd olunur ki, terrorçulardan biri İraqın şimalında “Pençe-Yıldırım” əməliyyatı zonasında, digəri isə Suriyanın
şimalında “Fərat Qalxanı” əməliyyatı zonasında
zərərsizləşdirib.

Müvafiq tədbirləri təmin etmək üçün atəş dəstəyi vasitələrindən
istifadə edilib.