Bitkoinin kursu yanvardan etibarən ilk dəfə 45 min dolları ötüb

Kriptovalyutalara artan institusional dəstəyin fonunda qlobal
bazarlarda Bitkoin və digər əsas kriptovalyutalar cümə günü
bahalaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat
18:15-də Bitkoinin kursu 44,963 dollar təşkil edib ki, bu da
əvvəlki sessiyanın yekun dəyərindən 2,43% çoxdur. Kriptovalyutanın
qiyməti qısa müddət ərzində 45 min dolları ötüb, bu yanvar ayından
bəri ilk dəfə qeydə alınıb.

Beynəlxalq analitikilkər Bitkoinin qiymətinin 45 min dollardan
yuxarı kəskin qalxma ərəfəsində olduğunu vurğulayırlar.
Mütəxəssislərin fikrincə, kursun möhkəmlənməsi fyuçers
birjalarından kriptovalyutalara marağın artması ilə müşayiət olunur
ki, bu da bazarın likvidliyini artıracaq.