2018-ci ildən bu günə kimi İraq və Suriyadan Azərbaycana 365
nəfər gətirilib.
Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər
Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev deyib.
O qeyd edib ki, gətirilənlərdən 345-i uşaq, 20-si isə
qadındır.
“Onlar ailələrinə qayıtdıqdan sonra da ailələrinə və cəmiyyətə
uyğunlaşmaları üçün sosial reabilitasiya işləri davam etdirilir”, –
deyə F.Ağayev əlavə edib.