Çexiyada İkinci dünya müharibəsinə aid mərmilər partlayıb, 1 nəfər ölüb

Çexiyanın şimal-şərqindəki Ostrava şəhərində tikinti işləri
zamanı baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Trend-in
məlumatına görə, tikinti sahəsində qazıntı işləri aparılarkən
İkinci dünya müharibəsi dövründən qalan mərmilər partlayıb.

Hadisə yerinə istehkamçılar və digər mütəxəssislər cəlb edilib.
Polis ətrafda yaşayan sakinlərin təxliyəsini həyata keçirib.

Bölgədə digər mərmilərin olub-olmaması araşdırılır.