Keçmiş məhkum Bakının mərkəzində narkotik satarkən yaxalandı (FOTO/VİDEO)

Bakının mərkəzində narkotik maddələrin satışı ilə məşğul olan
şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
paytaxtın Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul
olan daha bir nəfər saxlanılıb. Səbail Rayon Polis İdarəsinin
əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində
narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər
Qurbanov tutulub. Bu şəxsdən külli miqdarda bükümlər şəklində
qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə
metamfetamin və elektron tərəzi aşkar olunub. Azər Qurbanov
ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə
məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri
seçilib, istintaq tədbirləri davam edirilir.

Teqlər: