İranla sərhəddə narkotik bağlaması tapılıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin
etibarlı mühafizə­sinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik
vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri
davam etdirilir.

DSX-dən AzerTimes-a verilən
məlumata görə, fevral ayının 20-də saat 00:50 radələrində Dövlət
Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin
xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı
tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan
Respublikası istiqamətində pozul­masına dəlalət edən əlamətlər
aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə
qaldırılıb, ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə
sahibsiz halda aşkarlanmış 1 ədəd ağ rəngli bağlamanın içərisində
ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana
və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq
götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: