İranda qırıcı qəzaya uğrayıb

İranın mərkəzində yerləşən İsfahan vilayətində F7 qırıcı
təyyarəsi qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın İsfahan valisinin siyasi,
təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Məhəmmədrza
Cannesari deyib.

M.Cannesarinin sözlərinə görə, hadisə saat 8:30-da baş verib və
qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 2
pilotun öldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır.