İranda qeyri-fars təşkilatları birgə bəyanat yaydı

İranda qeyri-fars təşkilatları birgə bəyanat yaydı

Yanvarın 10-da İranda yaşayan qeyri-fars xalqların bir neçə təşkilatı birgə bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bəyanatda Tehran rejimi pislənilib, edam cəzalarının artmasına etiraz edilib, qeyri-fars xalqların hüquqlarının tanınmasının vacibliyi vurğulanıb.

Həmçinin, hazırkı hökumətə müxalif bir sıra siyasi cərəyanların da İranda yaşayan qeyri-fars xalqların hüquqlarını nəzərə almadıqları və bunun molla hakimiyyətindən sonrakı İran üçün yaxşı heç nə vəd etmədiyi qeyd edilib.

“İranın çoxmillətli olmasını nəzərə almayan istənilən alternativ siyasi cərəyan bəri başdan uğursuzluğa düçar olacaq. Bütün ayrı-seçkiliyin aradan qaldırılması və məzlum xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması olmadan heç bir irəliləyiş əldə edilməyəcək”, – bəyanatda bildirilib.

Teqlər: