Ağcabədidə ağır qəza: 1 ölü, 3 yaralı

Ağcabədidə ağır qəza: 1 ölü, 3 yaralı

Bu gün Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq “Mersedes” və “Lada” markalı avtomobillər toqquşublar.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Nəticədə “Lada”nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: