Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 2 128 nəfər koronavirusa (COVID-19) yoluxub, 40 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 474 nəfərə, yoluxanların sayı isə 6 188 857 nəfərə çatıb. Virus daşıyıcılarından 2 751 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 030 632 nəfər koronavirusdan sağalıb, 41,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 118 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 6,75 milyon təşkil edir.