“Barselona”nın futbolçuları koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jordi Alba koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə “Barselona”nın mətbuat xidməti bildirib.

Futbolçunun özünütəcrid rejiminə keçdiyi, növbəti məşqləri və “Malyorka” ilə matçı buraxacağı bildirilir.


Qeyd edək ki, ötən gün “Barselona” Kleman Lanqle və Dani Alveşin də koronavirusa yoluxduğunu açıqlamışdı.

Futbolçuların özlərini yaxşı hiss etdiyi deyilir.

Teqlər: