Bakı məkətblərində 100-dən çox direktor müavini təyin edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 105 nəfər direktor müavini vəzifəsinə təyin edilib.

İdarədən AzerTimes-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə və yerdəyişmələr nəticəsində 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 105 nəfər direktor müavini təyin olunub.

Onlardan 76 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə layiq görülüb.

Teqlər: