İranda ötən sutka koronavirusdan 182 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 17 545 nəfər koronavirusa (COVID-19)
yoluxub, 182 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 134 420 nəfərə,
yoluxanların sayı isə 6 894 110 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 760 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 402 821 nəfər koronavirusdan sağalıb, 46,3
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 139 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,8 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 54,9 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 21,8 milyon təşkil
edir.