İranda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Təbriz şəhərində İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə
qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Qeyd olunur ki, təyyarə məktəb binasının üzərinə düşüb. Həlak
olanlardan ikisi pilot, bir nəfəri sakin olub.


Qəzaya uğrayan təyyarə “F-5” təlim təyyarəsi olub. Hadisənin
səbəbləri ilə bağlı araşdırma aparılır.