Azərbaycanla İran arasında preferensial ticarət sazişinə 52 növ məhsul daxil edilib – Səfir (FOTO)

Xəbər - Elnur Bağışov – Trend:

Azərbaycan və İran arasında hazırlanmaqda olunan və ticarətin
asanlaşdırılmasını nəzərdə tutan preferensial ticarət sazişinə 52
növ məhsulun adı daxil edilib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli
Əlizadə İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadiq
Mötəmedianla görüşdə deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu məhsullar iki ölkədə istehsal
olunur və qarşılıqlı şəkildə idxal-ixrac edilir:

“Ümid edilir ki, bu saziş yaxın gələcəkdə Azərbaycan və İran
arasında ticarət dövriyyəsinin yaxşılaşmasına səbəb olacaq”, – deyə
o qeyd edib.

Səfir bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərinin
bərpası İranla, xüsusilə də Qərbi Azərbaycan vilayəti ilə
əməkdaşlıqların inkişaf etdirilməsinə şərait yaradır.

“Azərbaycan müxtəlif planların icra olunması üçün digər
ölkələrin investorlarının imkanlarından istiafdə etmək
niyyətindədir. Azad edilmiş ərazilərə investorların cəlb olunması
məqsədilə11 martda Azərbaycanda birgə hökumətlərarası komissiyanın
iclası keçiriləcək. Qərbi Azərbaycan vilayəti investorlarının da bu
iclasa qatılacağı gözlənilir”, – deyə Ə.Əlizadə bildirib.

Teqlər: