Xəbər - Orxan Nəbiyev – Trend:
Təbriz şəhərində İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə
qəzaya uğrayıb.
Trend-in
məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd olunur ki, təyyarə məktəb binasının üzərinə düşüb. Həlak
olanlardan ikisi pilot, bir nəfəri sakin olub.
Qəzaya uğrayan təyyarə “F-5” təlim təyyarəsi olub. Hadisənin
səbəbləri ilə bağlı araşdırma aparılır.