İranda bir həftədə yol qəzalarında 322 nəfər ölüb

Novruz bayramı günlərində ötən 1 həftə ərzində İranda yol
qəzalarında 322 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın yol polisinin rəis əvəzi
Teymur Hüseyni deyib.

T.Hüseyninin sözlərinə görə, ölkədə baş verən yol qəzalarının
əksəriyyətinin səbəbi sürət həddini aşma, qanunsuz ötmə, yorğunluq
və idarəetməni itirmə olub.

Qeyd edək ki, İran vətəndaşlarının Novruz bayramı günlərində
ölkədaxili səfərləri artır.