İranda 216 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 78 597 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8 631 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 832 518 nəfərə çatıb. Virus daşıyıcılarından 4 855 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 2 333 789 nəfər koronavirusdan sağalıb, 18,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 2,99 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2,53 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 455 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 8 şəhər qırmızı və 233 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 207 şəhər sarı zona hesab olunur.

Teqlər: